"Sumqayıt" Futbol Klubuna yeni vitse-prezidenti təyin olunub.

Metbuat.az "gənclik şəhəri" təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı Aydın Xəlilov bu vəzifəni icra edəcək.

Qeyd edək ki, Aydın Xəlilov 10 avqust 1973-cü ildə anadan olub. Sumqayıt Dövlət Universitetinin məzunu olan Xəlilov həm də “Azərikimya” İB-nin Həmkarlar İttifaqının sədridir.