Boş qalan plan yerlərinə və 11 illik bazadan kolleclərə ixtisas seçiminin vaxtı uzadılıb

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə ixtisas seçiminin vaxtı uzadılıb.

Metbuat.az-n məlumatına görə, ixtisas seçimi sentyabrın 11-i saat 09:00-da başa çatacaq. Qeyd edək ki, indiyədək ixtisas seçimi üçün 18 194 elektron ərizə təqdim olunub. Onlardan 201-i I, 789-u II, 170-i III, 19-u IV, 12-si V qrup, 17 109 ərizə isə 11 illik təhsil bazasındandır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)