Sabahdan teledərslərin təkrar yayımına başlanılır

Təhsil Nazirliyi “Dərs vaxtı” proqramı çərçivəsində teledərslərin təkrar yayımına start verir.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, sentyabrın 22-dən I-IV, 29-dan isə V-XI siniflər üçün çəkilmiş teledərslərin təkrar yayımına başlanılacaq.

Dərslər həftənin 5 günü saat 10:00-dan 18:00-dək “Dərs vaxtı”nın rəsmi feysbuk səhifəsi üzərindən, eləcə də Təhsil Nazirliyinin rəsmi yutub kanalı vasitəsilə yayımlanacaq.

Teledərslər məktəbdə öyrəndiklərinizin daha yaxşı mənimsənilməsi üçündür.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)