x
Loading...
.

Süd vəzisi xərçənginin erkən əlamətləri AÇIQLANDI: Batıq, assimetriya, bərkimə...

Britaniyanın süd vəzisi xərçənginə qarşı mübarizə aparan “Walk The Walk” xeyriyyə fondunun mütəxəssisləri xəstəliyin erkən əlamətlərini açıqlayıblar.

Metbuat.az oxu.az-a istinadla xəbər verir ki, ekspertlərən geniş yayılmış erkən əlamətlərdən biri döş giləsi ətrafında səpginin yaranması olduğunu bildiriblər. Gilənin batıqlığı da xərçəngin ilkin əlamətlərindən sayıla bilər.

Həmçinin, döş gilələrindən mayenin axması, onların ətrafındakı dərinin öz rəngini dəyişməsi, süd vəzilərinin ölçü və formasındakı dəyişikliklər də qorxunc xəstəlikdən xəbər verə bilər.

Döşlərdə yaranan asimmetriya, döş və qolaltı hissələrdə bərkimələr, batıqlar və ya vaxtından əvvəl qırışmalar da xərçəngin ilkin göstəricilərindəndir.

Fond əməkdaşları bu əlamətlərdən hər hansı biri müşahidə olunduqda dərhal həkimə müraciət etməyi, profilaktika üçün mütəmadi olaraq müayinədən keçməyi məsləhət görüblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR