Çempionlar Liqası: Həftənin futbolçusu adına namizədlər bəlli olub

UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Metbuat.az xəbər verir ki, bu ada üçün İngiltərənin "Mançester Yunayted" klubundan Kriştianu Ronaldu, Portuqaliya "Sportinq"indən Pedru Qonsalveş, Almaniya "Bavariya"sından Robert Levandovski və İtaliya "Yuventus"undan Paulo Dibala mübarizə aparır.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR