Deputat xalqdan üzr istədi: Yanlışlığa yol vermişəm - Cəzamız verilib

"Büdcə layihəsi müzakirə olunarkən başqa nələri müzakirə etməyin mümkünlüyünə diqqət etmədim. Yanlışlığa yol vermişəm. Məlum oldu ki, sürücülərin əməkhaqqı kəsilməyib. Onlar üçün, hətta kurs da təşkil edilib. Sənədlərdə gördüm ki, Milli Məclisdə xeyli sayda insan yüksək vəzifələrə çəkiliblər. Bir neçə adama COVID-lə bağlı 500 manat yardım edilib. Bir müxalifət lideri bütün deputatları aşağıladı. Guya hər biri 200-300 minlik avtomobil istəyir. Səhv məlumat verməklə deputatlara nifrət aşıladı. Hesab edirəm ki, cəzamız verilib, hörmətli cənab sədr. Xahiş edirəm, üzrxahılığımı qəbul edin".

Metbuat.az xəbər verir ki, bunu deputat Tahir Kərimli Milli Məclisin plenar iclası zamanı bildirib. O, Milli Məclisin işçiləri üçün mənzil tikintisi təklifinin düzgün olmadığını etiraf edib:

"Məni deputatlar da, sosial şəbəkələrin fəallları də haqlı olaraq qınadı. Mən doğrudan da yanlışlığa yol vermişəm. Elə bilmişəm, indiki vəziyyətdə Milli Məclisdə ehtiyacı olanlara da mənzil vermək olar. Xalqımdan da üzr istəyirəm"Qeyd edək ki, noyabrın 17-də keçirilən iclasında deputat parlamentin avtoparkının yenilənməsini təklif edərək, Milli Məclisin işçiləri üçün yaşayış binasının tikilməsini təklif etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR