Nigar Şabanova ƏRİNƏ GÖRƏ bu şəxsləri təhdid etdi:

Əməkdar artist Nigar Şabanova bir müddət əvvəl həyat yoldaşı ilə fotosunu paylaşsa da, sonradan səhifəsindən silmişdi.

Metbuat.az Olay.az-a istinadən xəbər verir ki, sənətçi ötən gün sildiyi şəkli geri qaytarıb, daha sonra isə İnstaqramın canlı yayımında həmin görüntünün yenidən tirajlanmasına etiraz edib:

"Həyat yoldaşımla bir dəfə şəkil paylaşdım və sildim. Mən həmin şəkili səhifəmdən silsəm də, bir çox sosial şəbəkələrdə nişanlımın şəkili qalmaqdadır. O demək deyil ki, mənimlə bağlı xəbərlərdə onun şəkili yayımlanmalıdır. O hərbçidir və elə bir yerdə çalışır ki, fotosunun sosial şəbəkələrdə yayılması heç cür qəbul edilən hal deyil. Bundan sonra onun fotolarını hansı sosial şəbəkələrdəki səhifələrdə görsəm, polisə şikayət edəcəyəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR