Futbol üzrə İngiltərə Premyer Liqasının 13-cü turunun mərkəzi qarşılaşması keçirilib.
Metbuat.az xəbər verir ki, turnir cədvəlinin lideri “Çelsi” öz meydanında “Mançester Yunayted” komandasını qəbul edib. Gərgin keçən görüşdə qalib müəyyənləşməyib .Belə ki, matç 1:1 olub.
Bu nəticədən sonra “Çelsi” 30 xalla liderliyini davam etdirir. “Mançester Yunayted” isə 18 xalla 8-ci yerdə qərarlaşıb.