Əziz Səncər Şuşaya gedəcək

Türk əsilli ABŞ alimi, Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Sancar Azərbaycana gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov özünü sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, UNEC İqtisadi Forumunda iştirak etmək üçün Bakıya gələn Əziz Sancarı özü qarşılayıb:

“Forum çərçivəsində Əziz Sancarın iştirakı ilə çox faydalı görüşlər (o cümlədən gənc tədqiqatçılar, olimpiada qalibləri olan yuxarı sinif şagirdləri və bir qrup şəhid övladları-tələbələr və Gəncədən olan qızımız Xədicə ilə görüş), çox maraqlı müzakirələr (o cümlədən, postkovid elm və təhsilinə elmi baxış), Şuşaya səfər və digər maraqlı tədbirlər nəzərdə tutulub. Dəvətimizi qəbul etdiyinə görə dəyərli Əziz Sancara təşəkkür edirik”.

Qeyd edək ki, forum 1-3 dekabr tarixlərinə Gülüstan sarayında baş tutacaq. Ə.Sancar Forum çərçivəsində alimlərlə görüşəcək, eyni zamanda çıxış edəcək.

11:31

Kimya üzrə Nobel mükafatı laureatı, türk əsilli Əziz Səncər Azərbaycana gəlir.

Metbuat.az dünya şöhrətli alim Bakıda keçiriləcək UNEC İqtisadi Forumunda iştirak edəcək.

Ə.Sancar dekabrın 2-də tədbirin “Post-pandemiya dövründə elm və təhsil” adlı II panelində çıxış edəcək.

Qeyd edək ki, UNEC İqtisadi Forumu dekabrın 1-də başlayacaq. Beş panel üzrə 30-dək, o cümlədən 20-yə qədər nüfuzlu xarici spikerlərin çıxış edəcəyi forumun ana devizi “Zəfər Yolu”dur.

Eyni zamanda, forum çərçivəsində Nobel mükafatı laureatları, dünyanın tanınmış iqtisadçıları ilə xüsusi müzakirələr, gənc alimlərin və beynəlxalq elm olimpiadalarının qalibi olan şagirdlərin görüşləri, yeni kitabların təqdimatları, sərgilər və başqa maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Tədbir dekabrın 3-də başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)