İki aylıq körpəni SƏHVƏN PEYVƏND ETDİLƏR -

2 körpəyə standart peyvənd əvəzinə koronavirusa qarşı peyvənd vurulub.

Metbuat.az-ın Apa-ya istinadla verdiyi xəbəriə görə, hadisə Braziliyanın San-Paulu ştatında baş verib.

Tibb bacısı iki aylıq qız və dörd aylıq oğlana difteriya, göyöskürək və hepatit əleyhinə kombinə olunmuş peyvənd əvəzinə səhvən “Pfizer” və “Biontech”in istehsal etdiyi Covid-19 əleyhinə vaksin vurub. Bundan sonra körpələrin temperaturu qalxıb, qusma və ağrı başlayıb. Onların hər ikisi xəstəxanaya yerləşdirilib. Onlardan günaşırı qan analizi götürüləcək, kardioqram çıxarılacaq.

Vaksinasiyanı həyata keçirən tibb bacısı işdən kənarlaşdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR