XİN-də diplomatik xidmətə qəbul üzrə sınaq imtahanına qeydiyyat başlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 26 dekabr 2021-ci il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı keçiriləcək.

Bu barədə Metbuat.az-a DİM-dən məlumat verilib.

Namizədlərin sınaq imtahanı üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet saytında 19 dekabr saat 18:00-dək həyata keçirilir.

Bildirilib ki, imtahan müddəti 2 saat 30 dəqiqədir. Sınaq imtahanında yazı bacarıqlarının ölçülməsi (esse tapşırıqları) nəzərdə tutulmur.

"Namizədlər aşağıda qeyd olunan link vasitəsilə XİN-ə işə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər", - məlumatda qeyd edilib.

https://exidmet.dim.gov.az/elimt/XINTest/elan


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)