Çempionlar Liqası: "Barcelona" mübarizəni dayandırdı

UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində VI turun daha 5 oyun baş tutub.

Metbuat.az xəbər verir ki, 1/8 finala növbəti 3 vəsiqənin sahibi müəyyənləşib.

Belə ki, E qrupundAlmaniya "Bavariya"sıİspaniya "Barcelona"sını qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər oyununda "Benfika" Portuqaliyada Ukraynanın "Dinamo" (Kiyev) komandasını 2 cavabsız qolla məğlub edib. Bu nəticələrdən sonra "Benfika" 1/8 finala, ÇL-də mübarizəni dayandıran "Barselona" isə Avropa Liqasının pley-offuna yollanıb.

F qrupunda 1/8 finala çıxması dəqiqləşən İngiltərənin "Mançester Yunayted" klubu evdə İsveçrə "Yanq Boyz"u ilə heç-heçə edib.

G qrupunda Avstriya "Zaltsburq"u evdə İspaniya "Sevilya"sına, Fransanın "Lill" klubu isə Almaniyada "Volfsburq"a qalib gələrək, növbəti mərhələyə adlayıblar. "Sevilya" yoluna Avropa Liqasının pley-offunda davam edəcək.

Qeyd edək ki, bunadək Fransanın PSJ, İngiltərənin "Mançester Siti", "Liverpul", "Mançester Yunayted" və "Çelsi", Niderlandın "Ayaks", Portuqaliyanın "Sportinq", İspaniyanın "Real Madrid" və "Atletiko" (Madrid), Almaniyanın "Bavariya", İtaliyanın "İnter" və "Yuventus" klubları 1/8 finala adlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR