Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

Yaxınlarının Metbuat.az-a verdiyi məlumata görə, şəhid Asif Əliyev 2002-ci ildə, Siyəzən rayonunun Zarat kəndində anadan olub. Evin tək oğlu olub, özündən başqa bir bacısı var.

Yanvar ayında xidmətini başa vuracaqmış.

Allah rəhmət eləsin!

No description available.

Gülər Seymurqızı