1/8 final mərhələsində Ronaldo və Messi rəqib oldu

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Metbuat.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə bu raundun cütlükləri müəyyənləşib.

Belə ki, ulduz futbolçu Lionel Messinin olduğu Fransanın "Pari Sen-Jermen" (PSJ) klubu Kriştiano Ronaldodun çıxış etdiyi İngiltərənin "Mançester Yunayted"inə qarşı oynayacaq.

Qeyd edək ki, 1/8 finalın ilk görüşləri 2022-ci il 15 - 16 və 22 - 23 fevralda, cavab qarşılaşmaları 8 - 9 və 15 - 16 martda oynanılacaq. Bütün oyunlar Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR