Daha iki məktəbdə əyani dərslər bərpa olunub

Bakıdakı 35 və 294 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Metbuat.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, hər 2 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb:

"Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)