"Barcelona" "Sevilya" matçında gərgin anlar:

İspaniya La Liqasının IV turunda “Barcelona” səfərdə “Sevilya” ilə qarşılaşıb.

Metbuat.az xəbər verir ki, matç 1:1 hesabı ilə bitib. Qarşılaşmanın 64-cü dəqiqəsində “Barcelona” müdafiəçisi Jordi Alba topu meydandan kənara çıxarandan sonra "Sevilya"nın müdafiəçisi Jül Kundenin yolunu sinəsi ilə kəsib.

Rəqibin davranışından əsəbləşən futbolçu topu Albanın üzünə atıb və nəticədə Jordi Alba yerə yıxılıb.

Kundennin bu hərəkətindən sonra baş hakim onu meydandan qovub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR