Bakıda çoxmərtəbəli binada yanğın olub

Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, binanın 15-ci mərtəbəsində ümumi sahəsi 65 m² olan mənzilin eyvanında 1 m² sahədə ev əşyaları, 1 ədəd plastik qapı, 2 ədəd məişət avadanlığı və qaz sayğacı yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR