İcbari sığorta xidmətləri daha 1 il ƏDV-dən azad olunacaq

Azərbaycanda “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi daha 1 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.

Metbuat.az bildirir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məsəlləsinə dəyişiklik layihəsində öz əksini tapıb.

Dəyişikliyə görə, 1 yanvar 2020-ci ildən 31 dekabr 2021-ci ilə qədər olan möhlət 31 dekabr 2022-ci ilə qədər artırılır.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR