Allahşükür Paşazadənin müşaviri vəfat etdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin müşaviri Xanlar Səlimxanov vəfat edib.

Metbuat.az-ın report-a istinadla verdiyi məlumata görə, o, ötən gün uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Mərhum Abşeron rayonunun Fatmayi kəndində yerləşən qəbirstanlıqda dəfn olunub.

Qeyd edək ki, X.Səlimxanov uzun illər dövlət orqanlarında çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR