Şimali Kipr Türk Cümhuriyyətində parlament seçkilərinin

Şimali Kipr Türk Cümhuriyyətində növbədənkənar parlament seçkiləri keçirilib.

Metbuat.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim edilən nəticələrə əsasən, Milli Birlik Partiyası 50 deputat yerindən 24-nə, ikinci yerdə gələn Respublika Türk Partiyası isə 18 kürsüyə yiyələnib.

Əlavə olaraq, Demokrat Partiya 3, Xalqın Partiyası 3 və Dirçəliş Partiyası isə 2 deputat yeri qazanıb.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında qərar ötən ilin noyabr ayında Baş nazir Faiz Sucuoğlu tərəfindən verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR