Peşə liseyi şagirdlərinin buraxılış imtahanının tarixi açıqlanıb

Peşə liseylərinin şagirdlərinin buraxılış imtahanı 11 illik orta təhsil səviyyəsi üzrə şəhər və rayonların mart ayı ərzində keçiriləcək imtahan qrafikinə uyğun olaraq həmin liseyin yerləşdiyi şəhərdə (rayonda) keçiriləcək.

Bu barədə Metbuat.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bildirilib ki, şagirdlər peşə liseyi hansı rayonda yerləşirsə, həmin rayon üçün nəzərdə tutulmuş tarixdə (5, 6, 12 və ya 13 mart) imtahan verəcəklər.

11 illik orta təhsil səviyyəsi üzrə (o cümlədən peşə liseyi şagirdlərinin ) buraxılış imtahanlarının rayon və şəhərlər üzrə qrafiki ilə buradan tanış olmaq mümkündür.

Peşə liseylərinin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdləri üçün dövlət dili (Azərbaycan dili) imtahanı isə martın 14-də keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)