Müğənni Sevdanın mikrofonunun qiyməti

Müğənni Sevda Yahyayeva "Həmin Zaur" proqramına gələrkən şəxsi mikrofonunu da gətirib.

Metbuat.az axşam.az-a istinadla xəbər verir ki, aparıcı Zaur Kamal onun mikrofonunun qiymətini açıqlayıb.

Zaurun 20 min avrodur sözünə Sevda "20 mindən bahadır" cavabını verib.

İfaçı vurğulayıb ki, mikrofonun qaşları sıvarovski, üzərindəki adı yazılan dəmir isə qızıldandır:

"Bundan bir Cennifer Lopesdə, bir Rihanna da, bir də məndə var. Eyni şirkət hazırlayıb. 12 ildir varımdır. Konsertlərimdə istifadə edirdim".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR