Depuat AQTA-nı tənqid etdi:

"AQTA Yasamalda göyərti satanı 1400 manat cərimə edir, sahibkarların başına oyun gətirir. Bu qədər cərimə olar?".

Metbuat.az xəbər verir ki, bunu deputat Tahir Kərimli Milli Məclisin bugünkü plenar iclasında çıxış edərkən deyib:

“Hökumət əməkhaqqını, pensiyanı az artıranda biz sual veririk, deyirlər ki, dövlətin gücü buna çatır. Amma cərimələr 300-400% artırılır. Onda niyə əhalinin ödəyəcəyi pul nəzərə alınmır? Bu layihələr qurumlar tərəfindən hazırlanır, Prezident Administrasiyasına göndərilir, biz də onu təsdiqləyirik. Oluruq pis adam. Qaza qarışdırıb bizə hava satırlar. Buna görə mənim xalqıma cərimə tətbiq edəcəklər? Ay hökumət, niyə parlamenti pis vəziyyətdə qoyursunuz? Niyə bu layihəni irəli sürürsünüz? Normativ hüquqi aktlarda publik hüquqi şəxslərin cərimə edilməsinə rast gəlmədim. Bu publik hüquqi şəxslər ancaq cərimə etməklə məşğul olacaq?! AQTA Yasamalda göyərti satanı 1400 manat cərimə edirb. Göyərti satan sənin 1400 manat cəriməni nə vaxt qayataracaq? Sahibkarların başına oyun gətirir. Bu qədər cərimə olar? Prezidentdən xahiş edirəm ki, fevralın 1-nə kimi olan bütün cərimələr silinsin. Neftin qiyməti 100 dollara çatıb. Cərimə hesabına büdcəni doldurmaq lazım deyil. Publik hüquqi şəxsləri cərimə hesabına niyə saxlayaq?”



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR