Bu il müəllimlər üçün sertifikasiya imtahanları keçiriləcək

“Bu il müəllimlər üçün sertifikasiya imtahanlarının keçirilməsi nəzərdə tutulur”.

Metbuat.az-ın məlumatına görə, bunu "Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər" mövzusunda keçirilən onlayn brifinqdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, sertifikasiya imtahanının müəllimlərin işə qəbulu müsabiqəsindən sonrakı mərhələdə keçirilməsi nəzərdə tutulur:

“Hər bir halda bu prosesin başlanması barədə qəflətən və anidən qərarlar verilməyəcək, əvvəlcədən ictimaiyyətə məlumat veriləcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)