Abramoviç “Çelsi”dən getdi

Rusiyalı iş adamı, “Çelsi”nin sahibi Roman Abramoviç klub rəhbərliyi ilə bağlı rəsmi bəyanat yayıb.

Metbuat.az xəbər verir ki, bəyanatda bildirilir ki, o, “Çelsi”sinin idarəçiliyini klubun xeyriyyə fondunun qəyyumlarına təhvil vermək qərarına gəlib.

“Çelsi FK-ya sahib olduğum təxminən 20 il ərzində mən həmişə klubdakı roluma bir növ qəyyum kimi baxmışam. Hansı ki onun işi bu gün mümkün olduğu qədər uğurlu olmağımızı təmin etmək və həmçinin ictimaiyyət arasında müsbət rol oynayaraq gələcəyi yaratmaqdır.

Mən həmişə klubun maraqlarını nəzərə alaraq qərarlar vermişəm. Mən bu dəyərlərə sadiq qalıram. Buna görə də bu gün mən “Çelsi FK”nın rəhbərliyini və qayğısını Çelsi Xeyriyyə Fondunun qəyyumlarına təhvil verirəm. İnanıram ki, onlar hazırda klubun, oyunçuların, heyətin və azarkeşlərin maraqlarını təmin etmək üçün ən yaxşı vəziyyətdədirlər”.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi hücumundan sonra Abramoviçin İngiltərəyə girişinə qadağa qoyulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR