Roman Abramoviç "Çelsi"ni satır

Rusiyalı iş adamı Roman Abramoviç sahibi olduğu İngiltərənin "Çelsi" klubunu satmaq üçün bu həftə bir neçə təklif alacaq.

Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə Roman Abramoviçin Böyük Britaniyada yaşamasına qadağa qoyulub. İş adamı bu səbəbdən "Çelsi"nin idarəçiliyini London klubunun Xeyriyyə Fonduna təhvil verib.

Qeyd edək ki, Roman Abramoviç Premyer Liqa təmsilçisini 2003-cü ildə satın alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR