Britaniya hökuməti “Çelsi”yə qadağalar qoydu

Britaniya hökuməti “Çelsi” klubuna sərt qadağalar qoyub.

Metbuat.az xəbər verir ki, buna səbəb Rusiya ilə Ukrayna arasında yaşanan hərbi gərginliklə bağlı klubun rusiyalı iş adamı Roman Abramoviçə sanksiyalardır.

Bundan əlavə kluba, futbolçu satmaq, almaq və ya icarəyə vermək qadağası qoyulub. Həmçinin ev və səfər matçları üçün bilet satışı gerçəkləşməyəcək. Yalnız abunə kartı olanlar oyunlara buraxılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR