"Çelsi"nin bank hesabları da bloklandı

Böyük Britaniyanın ən böyük banklarından biri olan "Barclays" "zadəganlar"ın hesabını bloklayıb.

Metbuat.az xəbər verir ki, buna səbəb isə Britaniya hökumətinin "Çelsi"nin Roman Abramoviçə qarşı sanksiyalar tətbiq etməsidir. İngiltərənin Rusiya-Ukrayna müharibəsindən sonra verdiyi sanksiya qərarlarından - oyunçu transferi və bilet satışı daxil olmaqla bütün maliyyə fəaliyyətləri dayandırıldıqdan sonra Çelsinin bank hesabının müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, Roman Abramoviç fevralın 26-da klubun idarəçiliyini "Çelsi" Xeyriyyə Fonduna verib. O, martın 2-də klubu satmaq istədiyini açıqlayıb. Rusiyalı iş adamı satışdan 4 milyard funt sterlinq (4,84 milyard avro) əldə etmək istəyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR