"Qarabağ" və "Neftçi"nin növbəti görüşlərini FIFA referiləri idarə edəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun bütün təyinatları müəyyənləşib.

Metbuat.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi" və "Qarabağ"ın növbəti görüşlərini FIFA referiləri idarə edəcək.

“Neftçi” – “Qəbələ” matçı Elçin Məsiyevə, “Zirə” – “Qarabağ” oyunu Rauf Cabarova tapşırılıb. Digər FIFA referisi Əliyar Ağayev isə "Sabah" - "Səbail" oyununda iş başında olacaq.

18 mart (cümə)

17:00. “Keşlə” – “Sumqayıt”
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“ASK Arena”

19:37. “Neftçi” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bakcell Arena”
19 mart (şənbə)

16:45. “Sabah” – “Səbail”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bank Respublika Arena”

19:00. “Zirə” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR