Azərbaycanda zəlzələ olub.

Metbuat.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 23:42-də Siyəzən stansiyasından 25 km cənub-qərbdə Quba ərazisində, 3,4 manqitudada qeydə alınıb.

Zəlzələ ocağı 3 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar hiss olunmayıb.