Həftənin ən yaxşı qolu -

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı qolu açıqlanıb.

Metbuat.az xəbər verir ki, ki, bu ada İspaniyanın "Real Madrid" klubunun futbolçusu Rodriqonun İngiltərənin "Çelsi" komandası ilə matçdakı dəqiq zərbəsi layiq görülüb.

21 yaşlı hücumçu 80-ci dəqiqədə Luka Modriçin ötürməsindən sonra topu birbaşa qapıdan keçirib.

Qeyd edək ki, qarşılaşmanın əlavə vaxtı "kral klubu"nun 2:3 hesablı məğlubiyyəti ilə bitib. Londondakı ilk matçda 3:1 hesabı ilə qalib gələn Madrid təmsilçisi yarımfinala yüksəlib.

B


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR