"İnsanların kredit borcları silinsin" -

Millət vəkili həmçinin Azərbaycan banklarının tətbiq etdikləri cərimələrin silinməsini təklif edib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

Deputat bildirib ki, banklar 20 faizdən yuxarı kredit verirlər:

“Hesab edirəm ki, bank kreditlərinin faizləri 5-6 arasında olmalıdır. İnsanlar qazandıqlarının hamısını borca verir. Bank borcları, faizlər bu gün əsas problemdir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR