Avropa Liqası: Meydandan qalib ayrılaraq finala keçən komandalar bəlli olub

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra turnirin finalçıları bəlli olub.

Metbuat.az xəbər verir ki, Almaniyadakı ilk matçda minimal hesablı qələbə qazanan "Leyptsiq" bu dəfə "Reyncers"lə Şotlandiyada üz-üzə gəlib. Rəqibini 3:1 hesabı ilə məğlub edən ev sahibləri finala vəsiqə əldə ediblər.

Gecənin digər oyununda isə Almaniya "Ayntraxt"ı evdə İngiltərə "Vest Hem"ini qəbul edib. Almaniya təmsilçisi 1:0 hesabı ilə meydandan qalib ayrılaraq finalçı adını qazanıb.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 18-də İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR