"Sabah" daha bir futbolçusu ilə vidalaşıb

“Sabah” klubu futbolçu Xulio Rodriqeslə yollarını ayırıb.

Metbuat.az xəbər verir ki, paraqvaylı hücumçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Qeyd edək ki, Xulio Rodriges 2020-ci ilin yanvarından “Sabah”da çıxış edirdi.

Həmçinin bundan əvvəl klub Şpiro Periçiç və Slavik Alxasovla da vidalaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR