Siyəzəndə ev yanıb, 1 nəfər xəsarət alıb

Siyəzən rayonundan yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, rayonun Ərziküş kəndində ümumi sahəsi 108 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Bitişik talvar və yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR