Deputat naziri sərt TƏNQİD ETDİ - Yoxsulluğun nə olduğunu bilmirlər

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 11 faiz vəsait icra olunmayıb”.

Metbuat.az xəbər verir ki, bu fikirləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin növbədənkənar sessiyasının iclasında deyib: “Olmazmı ki, yoxsul insanlar üçün ehtiyac meyarları dəyişdirilsin, büdcədən ayrılan vəsait onlara verilsin. Məni narahat edən budur ki, 168 milyon manat vəsait yoxsul insanlardan kəsilib. Qeyd edilir ki, bunlar qeyri-qanuni təyinatların qarşısını alarkən kəsilib. Nazir 5 ildir təyin olunub. Bu məsələlərə 6 ay ərzində son qoyulmalı idi. Hər il bu qədər vəsait kəsilirsə, deməli, bu iş doğru qurulmur. Nazirliyə biz əlil və müharibə iştirakçısı, yoxsulluğun nə olduğunu bilən insan təyin olunsaydı, bundan hökumət, xalqımız faydalanardı”, – deyə deputat vurğulayb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR