Bakıda beşmərtəbəli binada yanğın olub

Bakı şəhərində beşmərtəbəli binada yanğın olub.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 25 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR