İlin transfer həmlələri: İki ulduz futbolçunu birdən alırlar

“Bayern Münhen” iki ulduz futbolçunu transfer etmək üçün ciddi büdcə ayırıb.

Metbuat.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Bildirilir ki, almanların hədəfində Harri Keyn və Matteys de Liqt var. Alman mediası yazır ki, Keynin "Tottenham Hotspur"la hələ iki il müqaviləsi olduğundan ingilislər hücumçunun transferi üçün böyük məbləğ tələb edirlər.

Bildirilir ki, Matteys de Liqt üçün almanlar “Yuventus”a təklif irəli sürüb. Müdafiəçi "Yuventus"u tərk etmək istəyir. Hollandiyalı müdafiəçi üçün “Çelsi”klubu da səy göstərir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR