Keçmiş məşqçi trans qadın idmançıları məsxərəyə qoydu -

75 yaşlı keçmiş atletika məşqçisi Mauris Kokvil, oğlu və onların dostunun birgə Böyük Torrinqton Karnavalında "Olimpiya 2024 qadın atletik komandası" kimi geyinməsi bir çox narazılıqlara səbəb olub.

Metbuat.az "Daily Mail UK" nəşrinə istinadən xəbər verir ki, bir çox insan bu məsələni transgender problemlərinə qarşı "təhqiredici" hesab edərək tənqid edib.

Karnaval Komitəsi ictimaiyyətdən üzr istəyib. Lakin məşqçi səhv etmədiyini deyərək üzr istəməkdən boyun qaçırıb. O, təkid edib ki, onların məqsədi idman problemini qabartmaq olub:

“Ölkədə nə baş verir bilmirəm. Yumor hissi ölüb, yoxsa nə? Biz həmişə May Sərgisi karnavalına qoşulmuşuq, hər aktual mövzudan bəhs etmişik. İndi isə atletika və üzgüçülükdə bioloji olaraq kişi doğulan insanların qadın yarışlarına girmə ehtimalını görürəm. Beləliklə, biz bunu karnavalda vurğulayacağımızı düşündük. Biz sadəcə olaraq idmanda bu məsələyə münasibət bildirməyə və bir az gülməyə çalışırdıq. Komitə üzr istədi, amma biz üzr istəməyəcəyik. Üzr istəmək üçün heç nə etməmişik”, - deyə o qeyd edib.

No description available.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR