Məşhur Türkiyəli aktrisa Hande Ataizi oğlu və sevgilisi ilə birlikdə ölümdən dönüb.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisanın avtombili qəfildən alışıb.
Belə ki, aktrisa avtomobildən uzaqlaşanda partlayıb və avlonanda şoka düşüb. Bir müddət özünə gələ bilməyən Hande Ataizi - “Böyük qəzadan sağ çıxdıq. Ətrafdakıların qışqırtıları bizi xilas etdi. İnana bilmirəm, hələ də şokdayam. Bir dəqiqə sonra başa düşsəydik, maşın qapıları bağlayacaqdı və biz çıxa bilməyəcəkdik. Son anda xilas olduq”, - deyə bildirib.