Hazırda Azərbaycanda 58 siyasi partiya Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.
Bu barədə Metbuat.az-ın sorğrusuna cavab olaraq nazirlikdən bildirilib.
Həmçinin Milli Məclisdən sorğumuza cavab olaraq bildirildi ki,Məclisdə təmsil olunan siyasi partiyaların sayı isə 11 –dir.
Rəsmi qeydiyyatdan keçmələrinə baxmayaraq bəzi partiyaların rəsmi saytları ya heç tapılmır, ya da qoyulan xəbərlərdən uzun zaman ötüb. Kiçik bir araşdırma ilə onların bəziləri haqqında məlumatı qeyd edirik:
Deputat Fəzail Ağamalının “Ana Vətən Partiyası”nın fəaliyyəti ilə bağlı hər hansı bir xəbəri oxumaq istəsək də, səhifəyə keçid mümkün olmadı.
Deputat Fazil Mustafaya məxsus "Böyük Quruluş Partiyası"nın isə rəsmi saytına giriş etmək mümkün olmadı.
"Demokratik İslahatlar Partiyası" deputat Asim Mollazadəyə məxsusdur. Bu saytın da fəaliyyəti ilə bağlı saytı aktiv deyil.
Sədrliyi deputat Tahir Kərimliyə məxsus "Vəhdət Partiyası"nın rəsmi saytı yoxdur.
"Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası" millət vəkili Qüdrət Həsənquliyevə məxsusdur. Partiyanın fəlaiyyət ibarədə məlumatlarla bağlı saytı mövcud deyil. Lakin mətbuat orqanı "Xaıq cəbhəsidir".
"Azərbaycan Demokratik Maarifçilik Partiyası" (ADMP) Elşən Musayevə məxsusdur. Bu partiyanın da rəsmi saytı yoxdur.
Qeyd edək ki, bu
Xatırladaq ki, Azərbaycan Respublikası Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclis sədrinə müraciət ediblər. Milli Məclisin sədri Sahibə Qafarova artıq yeni qanun layihəsinin hazırlanması haqqında müvafiq tapşırıqlar verib və sənədin hazırlanması üzrə işə başlanılıb.