YAP-ın vəzifəli şəxsi faciəvi şəkildə öldü -

Sabirabad rayonunda ölümlə nəticələnən zəncirvarı yol qəzası baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində, Şirvan-Salyan magistralında qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik və yük maşınlarının, “VAZ-2107” markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər hadisə yerində ölüb, digər 6 nəfər xəsarət alıb.

Bildirilir ki, qəzada ölən şəxs Salyan sakini, 1990-cı il təvəllüdlü Fazil Sabir oğlu Məhərrəmovdur. Onun YAP Salyan rayon təşkilatının sədr müavini olduğu qeyd edilir.

Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR