Gülay Zeynallı uzun fasilədən sonra yeni mahnısını təqdim etdi -

Müğənni Gülay Zeynallı uzun fasilədən sonra yeni layihəsini təqdim edib.

Metbuat.az xəbər verir ki, sənətçinin yeni mahnısı “Məmnunam” adlanır.

Sözügedən bəstənin sözləri Orxan Mürvətliyə, musiqisi və aranjımanı Tərlan Məmmədhüseynova məxsusdur.

Zeynallı bəstəni ekranlaşdırmaq üçün rejissor Əli Fərhada müraciət edib.

Layihənin prodüseri Tural Nəbiyevdir. Klipdə yer alan rəqqaslar “Nero Dance” Center”in əməkdaşlarıdır. Üç fərqli obrazda kamera qarşısına keçən Gülayın stili üzərində Elnur Həsənov çalışıb.

Mahnı sənətçiyə məxsua bütün musiqi platformalarında yerləşdirilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR