Brilliant Dadaşova Prezidentin onun mahnısını dinləməsindən yazdı - VİDEO

Xalq artisti Brilliant Dadaşova Prezident İlham Əliyevin onun mahnısını dinlədiyi video ilə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, o, bu barədə öz instaqram səhifəsində yazıb: “Ali Baş Komandanımız və Birinci vitse-prezidentimizin yorucu və çətin işlərində doğma musiqimizin onlara ruh yüksəkliyi verməsi bizim üçün böyük şərəfdir”.

Qeyd edək ki, ötən gün Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində İsmayıllı rayonunun Basqal qəsəbəsinə səfərdən video paylaşmışdı. Həmin videoda dövlət başçısı və xanımı Xalq artisti Brilliant Dadaşovanın “Könlüm” musiqisini dinləyirdilər. Mahnının sözləri Xalq şairi Fikrət Qocaya, musiqi isə Firəngiz Babayevaya məxsusdur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR