Bodrumda "Mandarin Oriental"da CHP-dən olan sabiq millət vəkili Aydın Ayaydın və azərbaycanlı model Diana Əhədpur arasında dava olub.

Metbuat.az "Sabah"a istinadən xəbər verir ki, mübahisəyə səbəb CHP-nin keçmiş millət vəkili Aydın Ayaydının Bodrum tətilində su sıçradan uşağı danlayıb və ağlatması olub. Uşaq ağlayaraq anasının yanına qaçıb. Onun anası, azərbaycanlı model Diana Əhədpur da Ayaydının yanına gələrək, "Uşağımın üstünə niyə qışqırırsınız? Narazılığınızı mənə bildirərdiniz, uşağı niyə qorxudursuz?" - deyib.

Ayaydın isə Əhədpura hücum çəkib və onu təhqir etməyə başlayıb: "Rədd olun gedin buradan. Gedin öz ölkənizə eş...lər" - deyə ünvanına təhqirlər yağdırıb.

Ətrafdakılar Ayaydını çətinliklə sakitləşdiriblər. Sabiq millət vəkili insidentin videoya çəkildiyini və sosial şəbəkələrdə yayıldığını öyrəndikdən sonra Əhədpur və onun ailəsindən üzr istəyib.

Qeyd edək ki, Diana Əhədpur iranəsilli biznesmen Manuçehr Əhədpurun həyat yoldaşıdır. Eyni ərazidə evi olan azərbaycanlı model Diana Əhədpurun Azərbaycanda və Dubayda sərmayələri olan iş qadını olduğu deyilir.


Qaynar xətt 0552252950