Əfsanəvi "Kurtlar Vadisi" serialında "Polat Alemdar" obrazını canlandıran məşhur aktyor görünüşü ilə gündəmə gəlib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, illər sonra ilk dəfə ekrana çıxan aktyor "TRT"də Mazhar Alansonun musiqi proqramının qonağı olub.

50 yaşlı aktyorun yeni görünüşü pərəstişkarlarını təəccübləndirib. Pərəstişkarları saçları ağarmış Necati Şaşmazın plastik əməliyyat etdirib-etdirmədiyini müzakirə edib.

Onun üzünün dərisinin dartılmış görünüşü sosial mediada estetik prosedurun nəticəsi olub-olmaması suallarını doğurub.

Qeyd edək ki, aktyor sonuncu dəfə 2017-ci ildə “Kurtlar Vadisi Vatan” filmində çəkilib.

Qaynar xətt 0552252950