“Fənərbaxça” “Çelsi”nin hücumçusu Mişi Batşuayini transfer edib.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə təmsilçisi açıqlama yayıb. Açıqlamaya görə, tərəflər razılaşma əldə edib. Futbolçu artıq İstanbula gəlib.
Qeyd edək ki, Mişi Batşuayi “Nottinqem”lə razılığa gəlmişdi. Klublar da razılaşma əldə edərək, sənədləri rəsmiləşdirmək istəsə də, nəticə olmayıb. Məlumata görə, Avropada transfer sezonu başa çatdığına görə, sənədlər qəbul edilməyib. Bildirilir ki, sənədlərdə çatışmazlıqlar olduğuna görə, transfer baş tutmayıb.
Avropada transfer pəncərəsi ötən axşam bağlanıb. Türkiyə də isə transfer pəncərəsi hələ 5 gün açıq olacaq.