Bakıda avtomobillər toqquşub, ölən və yaralanan var.
Metbuat.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Toyota Prius" markalı avtomobil ağır tonnajlı maşına çırpılıb. Nəticədə "Toyota Prius" markalı avtomobilin sürücüsü və sərnişini ölüb.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, "Toyota Prius" markalı avtomobilinin sürücüsü Nəbiyev Anar Eldar oğlu və onun sərnişini Məmmədova Mahirə Mahir qızıdır.
Faktla bağlı araşdırma aparılır.
Qəzanın görüntülərini təqdim edirik: