Əfsanəvi futbolçu Messidən danışdı:

Dünya futbolunun əfsanəsi Ronaldinyo "Barselona"dakı keçmiş komanda yoldaşı Lionel Messinin "tarixin ən yaxşısı" olmadığını deyib.

Metbuat.az xəbər verir ki, 42 yaşlı futbolçu Messi ilə bağlı sualları cavablandırarkən deyib ki, Messi "tarixin ən yaxşısı"dır demək çətindir:

"Müqayisə etməyi sevmirəm, amma Pele və Maradona kimi oyunçular var. Hər biri öz dövrünün ən yaxşısıdır".

Qeyd edək ki, 2002-ci ilin dünya çempionu futbolçu karyerasını 16 yanvar 2018-ci ildə başa vurub. Onun son klubu "Fluminense" olub. Ronaldinyo 2005-ci ildə "Qızıl top" mükafatını qazanıb. O, Fransa PSJ-si, İspaniya "Barselona"sı, İtaliya "Milan"ı və digər klublarda çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR