Rəhim Rəhimli Vasif Məhərrəmliyə bu videonu göndərib:

Əməkdar artist Vasif Məhərrəmli mərhum müğənni Rəhim Rəhimlinin son vaxtlar əziyyət çəkdiyi xəstəliyi ilə bağlı görüntülər paylaşıb.

Metbuat.az xəbər verir ki, görüntülərdə sənətçinin ayaqlarının şişdiyi və bu səbəbdən yeriyə bilmədiyi görünür.

Vasif Məhərrəmli qeyd edib ki, bu videonu Rəhim Rəhimli daha sağ ikən özü çəkib göndərib. Belə ki, Vasif Məhərrəmli onu tədbirə dəvət edib, amma R.Rəhimli səhhətində olan problemlərə görə gedə bilməyib. Vasif Məhərrəmli də bu səbəbdən inciyib:

"Ay Rəhim, Allah rəhmət eləsin. İncimişdim səndən, dostum. Kaş ki, inciməyəydim. Məclisə çağırmışdım, gəlməmişdin deyə mənə video çəkib atdın. Həyat niyə belə amansızdır? Qardaş, heç bir incikliyim yoxdur sənə amma kaş ki, zəng edərdim, danışardıq. Mənə deyirdin anamın ən istədiyi müğənni sənsən. Sən çox təmiz adam idin, Rəhim. Bundan sonra bize dostum kəlməsini kim deyəcək, ay Rəhim. Məkanın cənnət olsun, əziz dost", - Vasif Məhərrəmli qeyd edib.

Buna görə də, Rəhim ona müraciət edərək video çəkib göndərib:

"Vasif bunu çəkirəm, biləsən ki, gəlməməyimin səbəbi bu idi. Üzürlü say, görürsən ki, ayağım necə şişib”, - videoda deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR